Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik

Gündəm / Siyasət
18-07-2025, 15:49
Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir", - XİN rəsmisi əlavə edib.