Balakəndə avtoqəza baş verib, iki nəfər ölüb

Gündəm / Hadisə
24-07-2025, 13:14
Balakəndə avtoqəza baş verib, iki nəfər ölüb

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.