“Bağırov” körpüsünün üzərindəki geri dönmədə hərəkət tam məhdudlaşdırılacaq
Gündəm / Sosial
11-08-2025, 17:32

Sabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geri dönmədə (metronun “Koroğlu” stansiyasından şəhərə və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.