"Könüllülər Koalisiyası" ölkələri onlayn görüş keçirəcək
Gündəm / Dünya
16-08-2025, 18:16

“Könüllülər Koalisiyası” ölkələri liderləri bazar günü video formatda görüş keçirəcək.
Bu barədə Fransa prezidentinin ofisi məlumat yayıb.
Görüş Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrliyində keçiriləcək.
Konfransda Ukraynada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.