Tədrisi digər dildə olan VI siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq
Gündəm / Sosial
22-08-2025, 12:09

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də "Azərbaycan tarixi" fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.
Bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.
Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.