Hikmət Hacıyev və Kristofer Landau Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Gündəm / Sosial
10-09-2025, 17:29

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.
