Prezident İlham Əliyev və birinci xanım BMT-nin mənzil qərargahına gəliblər
Gündəm / Siyasət
23-09-2025, 17:32

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər.
Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.