Azərbaycan Prezidenti BMT Baş katibi ilə görüşüb

Gündəm / Siyasət
25-09-2025, 18:55
Azərbaycan Prezidenti BMT Baş katibi ilə görüşüb

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

Əvvəlcə dövlət başçısı BMT-nin fəxri qonaqlar kitabını imzalayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş birgə foto çəkdiriblər.