Azərbaycan XİN Avstriyanı milli bayramı münasibətilə təbrik edib
Gündəm / Siyasət
26-10-2025, 10:30

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avstriya hökumətini və xalqını milli bayramı münasibətilə təbrik edib.
Bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.
"Avstriya Respublikasının Milli Günü münasibətilə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Gününüz mübarək, Avstriya!", - paylaşımda qeyd edilir.