Bəqai: İran Rusiyadakı səfirini dəyişməyə hazırlaşır

Gündəm / Sosial
10-11-2025, 12:55
Bəqai: İran Rusiyadakı səfirini dəyişməyə hazırlaşır

İran hazırda Rusiyadakı səfir vəzifəsinə namizədi nəzərdən keçirir.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib.

"Digər ölkələr, o cümlədən İtaliya və Rusiyadakı səfir postuna namizədlərin seçilməsi prosesi davam edir", - o qeyd edib.

Hazırda İranın Rusiyadakı səfiri Kazem Cəlalidir.