Macarıstan Azərbaycandan ikitərəfli müqavilə çərçivəsində 800 milyon kubmetr qaz alacaq
Gündəm / Sosial
11-12-2025, 14:43

Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış müqavilə iki il müddətinə nəzərdə tutulub.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb.
"Təbii qazın alınması ilə bağlı növbəti razılaşma: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq", - o bildirib.