56 ilin ən şiddətli qarı yağdı
Gündəm / Dünya
11-01-2026, 10:30

Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub.
Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1970-ci ilin rekordu qırılıb.
Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir.