Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Gündəm / Sosial
17-01-2026, 12:46
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.