KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb
Gündəm / Dünya
17-01-2026, 14:44

Hüquq müdafiəçilərinin məlumatına görə, İranda baş verən ölkəmiqyaslı etirazlar nəticəsində 3 mindən çox insan həyatını itirib.
Bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-da fəaliyyət göstərən “HRANA” təşkilatı 3090 ölüm faktını təsdiqlədiyini bildirib, onların 2 885-i etirazçılardır.