Rəsmi Moskva: Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək
Gündəm / Dünya
13-02-2026, 15:58

Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib.
Kremlin sözçüsü danışıqların Rusiya- Ukrayna-ABŞ üçtərəfli formatında keçiriləcəyini qeyd edib.