Qazaxıstanda "Su-30SM" qırıcısı qəzaya uğrayıb
Gündəm / Dünya
25-02-2026, 13:25

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı "Su-30SM" qırıcısı qəzaya uğrayıb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb.
Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.