Papoyan: Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır
Gündəm / Dünya
25-02-2026, 17:56

Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.
Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Azərbaycan benzini (Ermənistanda - red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini - red.) bitdikdə, (Ermənistanda - red.) benzin qiymətləri artır", - nazir bildirib.