Salam.Corat qəsəbəsi Mirvarid Dilbazi küçəsində artıq 5 gündür ki, qaz yoxdur.

Gündəm / Sosial
1-03-2026, 11:45

104 qaynar xəttinə dəfələrlə zəng etməyimizə baxmayaraq,bu problem aradan qalxmayıb.

Operator deyir ki, Sumqayıt qaz idarəsindən bizə məsələnin həll olunduğu barədə məlumat verilir.Amma nəticə sıfır.
Corat camaatının dediyinə görə qaz,yaxınlıqda yerləşən yuxa sexlərinə qeyri-qanuni formada verilir deyə,əhaliyə verilən qaz azalıb.
Coratda levi qaz qanuni verilən qazdan çoxdur bəlkə də.Məhs bu səbəbdən evlərə qaz az gəlir və bu da əhalinin haqlı narazılığına səbəb olur.
Təklif edirəm ki, Corat ərazisində olan işçi heyyətini digər ərazi işçiləri ilə əvəz etsinlər.Bəlkə bu levi məsələsi az da olsa öz həllini tapar.

Azəriqaz bu məsələ ilə bağlı ya bilərəkdən ölçü götürmür,ya da ölçü götürməyə vaxtı yoxdur...

Hörmətlə şəhər sakini: Murad Qaflanov 
01.03.2026