İran Təl-Əvivdə hökumət kompleksini, Hayfa və Şərqi Yerusəlimdə hərbi obyektlərə raket zərbələri endirir

Gündəm / Dünya
2-03-2026, 11:35
İran Təl-Əvivdə hökumət kompleksini, Hayfa və Şərqi Yerusəlimdə hərbi obyektlərə raket zərbələri endirir

İran İsrailə qarşı 10-cu hücum dalğasında İsraildə hökumət kompleksini, Hayfadakı hərbi və təhlükəsizlik mərkəzlərini və Şərqi Yerusəlimi hədəfə alıb.

Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Bundan başqa, İsraildə hərbi bazalar, dövlət və təhlükəsizlik qurumlarına yaxın olan mülki şəxslərə oradan uzaqlaşması tövsiyə olunub.