İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib

Gündəm / Sosial
2-03-2026, 13:22
İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib

İran ordusu Küveytdəki ABŞ-nin "Əli-Salem" aviabazasına, həmçinin Hind okeanındakı gəmilərə zərbələr endirdiyini bəyan edib.

Bu barədə ordunun bəyanatında deyilir.

"Müxtəlif mövqelərdən fəaliyyət göstərən quru və hərbi-dəniz qüvvələrinin raket bölmələri son bir neçə saat ərzində Küveytdəki "Əli-Salem" ABŞ hərbi aviabazasına, həmçinin Hind okeanının şimal hissəsindəki düşmən gəmilərinə zərbələr endirib", - ordunun bəyanatında bildirilib.

Eyni zamanda, qeyd olunub ki, İranın hava zərbələrində 15 qanadlı raketdən istifadə edilib.