Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb

Gündəm / Sosial
2-03-2026, 13:49
Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat ayrılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.