Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Gündəm / Dünya
17-04-2026, 18:02
Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb


İranın Hörmüz boğazını açmasından sonra qlobal enerji bazarlarında neft ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin dəyəri 9,95% azalaraq 89,5 dollar/barel təşkil edib.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri də 11,05% azalaraq 84,23 dollar/barel təşkil edib.

Xatırladaq ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında İranın Hörmüz boğazını açdığını bildirib.