Elvin Hacıyevə yüksək vəzifə verildi
Gündəm / Sosial
Bu gün, 18:17

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub.
Xeberekspress.az oxu.az-a istinadən xəbər verir ki, Elvin Hacıyev Baş idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə təyin olunub.
E.Hacıyev bu təyinata qədər həmin bölmənin baş inspektoru vəzifəsində çalışıb.