“Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb
Gündəm / Sosial
Bu gün, 15:32

Keçən il “Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
Məlumatda bildirilir ki, 2025-ci ildə “Qadın dəstək xətti”nə ümumilikdə 924 müraciət daxil olub. Bu müraciətlərdən 382-i (41,3%) psixoloji, 351-i (38%) fiziki, 59-u (6,4%) cinsi zorakılıq halları, 132-i (14,3%) isə etinasızlıqla bağlı olub.