Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Gündəm / Sosial
Bu gün, 13:40
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Gu barədə o, "X" hesabında paylaşım edib.

"Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram", -deyə paylaşım mətnində qeyd edilib.