Təbib-in İcraçı direktorunun müavini Rahim Hüseynov üçün - ÖZƏL GÜN

Gündəm / Sosial
16-07-2026, 15:32

Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynovun doğum günüdür.

“XeberEkspress” xəbər verir ki, Rahim Hüseynov 16 İyul 1985-ci ildə Neftçala rayonunda anadan olub.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.

Rahim Hüseynov Əmək fəaliyyətinə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsində başlayıb. Daha sonra 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

XeberEkspress.com İnformasiya Agentliyinin kollektivi olaraq Rahim müəllimi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.