Azərbaycanda vəzifəli şəxs aptekə BASQIN ETDİ

Hadisə
7-07-2023, 08:37
Azərbaycanda vəzifəli şəxs aptekə BASQIN ETDİ

Astara rayonunda aptekə basqın olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. 

Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.
Sahibkar bu barədə dərhal polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.