Şüşə sexində faciə - Usta həyatını itirdi

Hadisə
23-10-2023, 14:22
 
Şüşə sexində faciə - Usta həyatını itirdi
Ağdaşda şüşə sexində bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzindəki sexlərdən birində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü şəhər sakini Polad Abdullayev şüşə qatının üzərinə aşması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.