Qəbələdə ağır qəza olub, ölən və xəsarət alan var

Hadisə
27-10-2024, 10:30
Qəbələdə ağır qəza olub, ölən və xəsarət alan var
Qəbələ də avtomobil qəzası baş verib.

Hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.
İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər də ağır bədən xəsarəti alıb.

DIN Şəki regional qrupundan APA-ya bildirilib ki, baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır.