Qənd sexinin döşəməsi çökdü - 62 yaşlı qadın öldü

Hadisə
18-09-2025, 10:43
Qənd sexinin döşəməsi çökdü - 62 yaşlı qadın öldü



Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb.


Hadisə sentyabrın 17-də baş verib.


Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.


Araşdırma aparılır.