TƏBİB-in bıçaqlanan əməkdaşı evə buraxıldı

Hadisə
21-10-2025, 19:00
TƏBİB-in bıçaqlanan əməkdaşı evə buraxıldı

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanadan evə buraxılıb.


Bu barədə Bizim.Media-ya onun yaxınları məlumat verib.


L.Qanbayevanın vəziyyətinin yaxşılaşdığı və həyati təhlükəsinin olmadığı bildirilib.


Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi evdə davam etdiriləcək.


Qeyd edək ki, L.Qanbayeva oktyabrın 7-də keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.


Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə törətdiyi cinayətdən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O, hələ də Şirvan şəhər xəstəxanasında reanimasiyadadır.