Millimiz neçəncidir? - FİFA-nın yeni reytinqi

İdman
9-04-2020, 16:01
Millimiz neçəncidir? - FİFA-nın yeni reytinqi
 

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

 

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də ciddi dəyişiklik olmayıb. Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.