AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı

İdman
13-07-2021, 13:38

AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı

 



AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.

AFFA-dan verilən məlumata görə, Mehtiyeva Latviyanın "Valmiera” və Litvanın "Suduva” komandaları arasında Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 15-də Riqada keçiriləcək.