Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat ALDI

İdman
5-01-2025, 16:00
Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat ALDI
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.

O, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin "Əczaçıbaşı” və Fransanın "Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.

Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.