Azərbaycan millisi Macarıstanla qarşılaşacaq

İdman
22-01-2025, 20:30
Azərbaycan millisi Macarıstanla qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandası Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qarşılaşma iyunun 10-da ölkəmizdə baş tutacaq.

Görüşün başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, yığma martın 25-də Belarusla Bakıda yoldaşlıq matçında üz-üzə gələcək.