Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib

İdman
Bu gün, 10:30
Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib

Kot-d'İvuar millisinin baş məşqçisi Emers Fae komandasının Dünya Kubokunun qrup mərhələsi matçında Almaniyaya məğlubiyyətini şərh edərək rəqibindən daha ədalətli oyun gözlədiyini bildirib.
Fae Almaniyanı qələbə münasibətilə təbrik edib, lakin qeyd edib:
"Almaniyanı qələbə münasibətilə təbrik edirəm. Amma mən belə böyük bir ölkədən daha ədalətli oyun gözləyirdim".
Qarşılaşma 2:1 hesabı ilə Almaniya komandasının xeyrinə başa çatıb.