Azərbaycan nefti 91 dollardan satılır

İqtisadiyyat
26-01-2022, 10:54
Azərbaycan nefti 91 dollardan satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb.

 "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,3 % artaraq 91,16 dollar olub.

Xatırladaq ki, "Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.