Maraqlı - Xeberekspress.az
Tatlısesin qızının paylaşımı müzakirə yaratdı
Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin qızı Gülşen Tatlısesin sosial şəbəkədə etdiyi son paylaşım müzakirələrə səbəb olub.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
“Mən həyatın bizi məşğul etdiyi anlarda mənə yer ayıra bilən insanları sevirəm. Onsuz da hamımız məşğuluq”, – deyə o, paylaşımında yazıb.
Bir çox istifadəçi isə sözügedən paylaşımın atası İ. Tatlısesə ünvanlandığını iddia edib.
Saqqız udmaq təhlükəlidirmi?
Əvvəllər saqqız tropik bölgələrdə yetişən manilkara (manika) zapota ağacının şirəsindən hazırlanırdı. Elastik quruluş əldə etmək üçün tərkibinə parafin mumu əlavə olunurdu. Zamanla istehsal prosesi dəyişdi və saqqız sintetik kauçuk əsaslı materiallardan hazırlanmağa başladı. Bu isə ona müxtəlif dad və rənglərin verilməsini daha asanlaşdırdı.
Müasir saqqızın tərkibi bir neçə komponentdən ibarətdir: əsas baza kimi lateks və ya sintetik kauçuk, eləcə də, sorbit, dadlandırıcılar, yumşaldıcılar və digər qatqılar istifadə olunur.
Bu maddələrin əksəriyyəti kimyəvi mənşəlidir. Mütəxəssislərin fikrincə, tərkib elementləri həddindən artıq və ya nəzarətsiz istifadə edildikdə bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər.
Həkimlər bildirirlər ki, saqqız udulduqda mədə və bağırsaqlarda həzm olunmur, lakin bu, onun mədədə ilişib qalması demək deyil. Adətən, saqqız həzm sistemi boyunca hərəkət edərək təbii yolla orqanizmdən xaric olur. Bununla belə, qısa müddətdə bir neçə ədəd saqqızın udulması nadir hallarda bağırsaq keçməzliyi riskini artıra bilər.
Mütəxəssislər saqqızı çeynədikdən sonra udmamağı tövsiyə edirlər. Onun təsadüfən tənəffüs yollarına düşməsi boğulma təhlükəsi yarada, həmçinin bəzi hallarda həzm və tənəffüs sistemi ilə bağlı fəsadlara səbəb ola bilər.
5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq
Həyatımızın sevgisi nadir hallarda ən çox axtardığımız zaman gəlir. Bu, özümüzdən "Bu sevgiyə layiqikmi?" sualını verməyi dayandırdığımız zaman ortaya çıxır.
Astroloqlar beş bürcün əsl sevgisini 2026-cı ildə tapacağını proqnozlaşdırırlar.
Buğa
Buğa üçün hər şey yazda başlayır - aprel ilə yayın əvvəlləri arasında, günlər uzananda və daha yumşaq işıq sizi istiliyi ilə bürüdükdə. Və sonra əvvəlcə olduqca adi görünən bir görüş gəlir. Atəşfəşanlıq yoxdur, dramatik dönüşlər yoxdur. Sadəcə tələsməyə ehtiyac olmadığı sakit bir hiss.
Bu sevgi sübut tələb etmir və sizi zorla dəyişdirmir. Təbii olaraq həyatınıza qarışır və qalır. Buğa üçün bu, əsl sevginin nadir bir halıdır - narahatlıq deyil, rahatlıq gətirir. Onu ölümcül edən də məhz budur.
Xərçəng
Xərçənglər yayda aşiq olacaqlar, amma dərhal yox, yalnız istilər azalıb axşamlar sakitləşəndə. İyunun sonu və avqust aylarında ilk daxili fasilələrini hiss edəcəkləri bir an gələcək və bu, yeni bir başlanğıc olacaq.
Bu, qorxulu bir sevgi deyil. Əksinə, bu, hisslərini gizlətməkdən qorxmadan açıla biləcəkləri bir münasibətdir. Xərçənglər yaxın qalmağı və həssaslığını qiymətləndirməyi bilən, qorxmayan bir insanla qarşılaşacaqlar.
Qız bürcü
Qızlar üçün sevgi payızda, həyat bir az yavaşladığı və hər addımı izah etmək ehtiyacının yox olduğu zaman əlçatan olacaq. Sentyabr və oktyabr ayları əvvəlkilərdən fərqli, lakin daxili hissləri ilə mükəmməl uyğunlaşan bir görüş gətirəcək.
Bu, Qız bürcü cavab axtarmağı dayandırdıqda və sadəcə hiss etməyə icazə verdikdə yaranan həyat eşqidir. Nəzarətsiz, araşdırmasız. Və məhz bu buraxılışda davamlı və həqiqi bir şey yaranır.
Əqrəb
Əqrəblər üçün il zəngin emosional təsirlə başlayır. Yazda, mart və may ayları arasında, həyatına çətinlik deyil, sabitlik gətirən birisi daxil olur. Bu, əvvəlcə narahatedici ola bilər.
Bu sevgi güc mübarizəsi tələb etmir və heç bir oyun olmayacaq. Yalnız zərər verməyən bir dərinlik. Əqrəblər ilk dəfə olaraq əsl yaxınlığın nəzarəti itirmək deyil, əksinə ona olan ehtiyacın sona çatması demək olduğunu anlayırlar.
Balıqlar
Sevgi Balıqlara ilin sonunda, dünya yavaşladığı və günlərin qısaldığı zaman gələcək. Noyabr və dekabr ayları uzun müddət cavabsız qalan bir suala cavab verəcək bir görüş gətirəcək.
Bu sevgi xəyalları və reallığı birləşdirir. Balıqlar ilk dəfə dərin hisslər keçirə bilən, lakin həqiqətən yaxın qala bilən və qala bilən birinə aşiq olacaqlar. (Lent.az)
“Vogue” bu ilin əsas yaz rənglərini açıqladı
“Vogue” jurnalı 2026-cı ilin yaz/yayının əsas rənglərini açıqlayıb.
Bu barədə jurnalın rəsmi saytında məlumat verilib.
Bildirilir ki, çəhrayı rəng şokolad, xaki, boz, qara və qırmızı ilə birləşərək trend olacaq. Oxşar görünüşlər artıq “Gucci”, “Valentino”, “Alaïa” və “Balenciaga” kimi brendlər tərəfindən nümayiş etdirilib.
Həmçinin solğun şaftalı, yasəmən və sarı da məşhur çalarlar olacaq.
İsti vanna həvəskarlarına xəbərdarlıq
Marketlərdə “qara çörək” tələsi - DİQQƏT
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
“Bakıda yerləşən 333 nömrəli tam orta məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən İlahə Həmidova və məktəbin direktor müavini Mətanət Hüseynova qanunsuz əməllər və korrupsiyaya yol verirlər”.
Bunu Bakupost.az -a məktəbin 2000–2021-ci illərdə direktoru olmuş Arzu Hüseynova bildirib.
Keçmiş direktorun sözlərinə görə, hazırda 144 nömrəli məktəbin direktoru olan İlahə Həmidova eyni zamanda 333 nömrəli məktəbə rəhbərlik edir və adına yazılan 12 saat dərsə qatılmadan idarəçiliyi onlayn qaydada həyata keçirir:
“Araşdırsanız, o yəqin ki, digər məktəb də də eyni əməlləri törədir. Ancaq bu saatların əmək haqqısını hər ay dövlətdən mənimsəyir”.
Arzu Hüseynova iddia edir ki, İlahə Həmidova və ötən il korrupsiya əməllərinə görə töhmət almış direktor müavini Mətanət Hüseynova məktəbdə qeyri-qanuni sistem yaradıblar.
Onun sözlərinə görə, 10 və 11-ci siniflərdə ümumilikdə 169 şagird ilboyu 6 və 7-ci dərslərdən qeyri-rəsmi şəkildə evə buraxılır və bunun müqabilində valideynlərdən külli miqdarda pul yığılır:
“Mətanət Hüseynovanın qanunsuzluqları və özbaşınalığı nəticəsində məktəbin 4 paralel 10-cu sinfi (86 şagird), 4 paralel 11-ci sinfi (83 şagird) il ərzində 6 və 7-ci saatlarda evə buraxılır. Mətanət Hüseynova deyir ki, İlahə Həmidova ilə birlikdə icazə almışam, hazırlığa gedin. Buna görə də 169 şagirddən aldıqları küllü miqdarda rüşvəti hər ay İlahə ilə bölüşürlər. Əgər araşdırma aparılsa, dərhal ortaya çıxacaq. Bu isə il ərzində küllü miqdarda dövlət dərs saatının itirilməsi və rüşvət yolu ilə pul qazanmaq deməkdir”.
Keçmiş direktorun iddialarına görə, Mətanət Hüseynova qanunsuz hazırlıq qrupları təşkil edir və buna görə müəllimlərdən aylıq 100 manat pul tələb edir. Adı çəkilən müəllimlərin siyahısı da təqdim olunub:
“Solmaz Hüseynova , Günel Hüseynli, Mahrux Əliyeva , Esmira İbrahimova, Günay Əsgərova, Şəms Usubova, Günel Əsgərova, Şəms Əliyeva. Mətanət və İlahə birləşərək məktəbi özəl hazırlıq kursuna çeviriblər. Məktəbin riyaziyyat müəllimi məcburi ərizə yazdırılaraq öz hesabına məzuniyyətə göndərilib. Onun dərs saatları isə Mətanət və İlahənin məktəbdəki qanunsuz hazırlıq qrupunda olan Şəms Usubovaya verilib. Dərs saatlarının pulunu isə öz aralarında bölürlər. Məktəbin fiziki tərbiyə müəllimi Munis Tahirov musiqi sahəsində öz şəxsi biznesi ilə məşğul olur və məktəbə gəlmir. Adına yazılan dərs saatlarına görə məvacibi isə İlahə ilə Mətanət öz aralarında bölürlər”.
Arzu Hüseynova deyir ki, qanunsuzluğa etiraz edən müəllimlərə “Bizim hər yerdə adamlarımız var”, “Heç kim heç nə edə bilməz” deyərək hədə-qorxu gəlirlər:
“Şəhid və qazi ailələrinin yaşadığı bir ərazidə yerləşən bu məktəbdə baş verən korrupsiya əməlləri araşdırılmalı, İlahə Həmidova və Mətanət Hüseynova cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Məsələ ilə bağlı 144 nömrəli məktəbin direktoru və 333 nömrəli məktəbdə müvəqqəti rəhbərliyi icra edən İlahə Həmidova ilə əlaqə saxladıq. İlahə Həmidova Bakupost.az -a açıqlamasında deyilən iddiaları təkzib etdi və bildirdi ki, Arzu Hüseynova heç vaxt 333 nömrəli məktəbin direktoru olmayıb:
“Bunu sistem üzərindən də araşdıra bilərsiniz. Zatən elə bir dövrdəyik ki, bütün məlumatlar elektron sistemdədir. Kağız sistem deyil ki, orada nəsə tapılmasın. Sadəcə, bu məktəb əvvəlki illərdə Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 149 nömrəli məktəb olaraq fəaliyyət göstərib və mənim bildiyim qədər həmin dövrlərdə məktəbin Arzu adlı direktoru olub”.
Direktor bildirib ki, Arzu Hüseynovanın özü də vaxtilə işində ciddi nöqsanlara görə məsuliyyətə cəlb olunub və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib:
“Mən sizdən çox xahiş edirəm, Arzu xanımın özünü araşdırın. Mənim bildiyim qədər, o, işində buraxdığı kobud nöqsanlara görə məsuliyyətə cəlb olunub. Çünki dövlət siyasətinə qarşı çıxan, dövlətin təhsil sisteminə zərbə vuran insanlar artıq, gördüyünüz kimi, sosial mediada da müzakirə olunur və heç kim cəzasız qalmır.
Arzu xanım təkcə məktəblə bağlı yox, məktəb rəhbərliyi adından istifadə edərək bir sıra qanun pozuntularına yol verdiyinə görə məsuliyyətə cəlb olunub. Məndə olan məlumatlar bunlardır və məktəb daxilində də geniş şəkildə müzakirə olunur. Onun iddia etdiyi məsələlərə gəlincə, mən 144 nömrəli məktəbin direktoruyam və bəli, müvəqqəti olaraq – 3 aylığa həmin məktəb mənim səlahiyyətimə verilmişdi. Bir işçi bir yerdə tam ştat işləyirsə, digər iş yerində müəyyən saatlarla çalışa bilər. Bu, Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki mənim əsas iş yerim 144 nömrəli məktəbdir və qanunvericiliyə uyğun olaraq, mən həvalə olunanəlavə iş yerində müəyyən edilmiş saatlarda olmalıyam. Həmin saatlarda da maksimum şəkildə orada oluram və hətta həmin saatlardan artıq da məktəbdə qalmağa çalışıram. Çünki o məktəb 2 növbəlidir, axşam saatlarına qədər tədris prosesi davam edir. Yəni onu da bildirim ki, qaydalara uyğun olaraq mənim iş saatlarım tənzimlənir”.
İlahə Həmidova ona qarşı səslənən digər ittihamları da tamamilə “əsassız və böhtan” adlandırıb, məsələ ilə bağlı hüquqi addım atacağını bildirib:
“Təhsil sistemində uzun illər müəllim kimi fəaliyyət göstərmişəm, metodist olmuşam, araşdıra bilərsiniz ki, bu sahədə hər hansı qanun pozuntusuna yol vermişəm, ya verməmişəm. Qəti şəkildə, tam məsuliyyətimlə deyirəm ki, yol verilməyib. Bu deyilənlər boş, cəfəng sözlər, şər-böhtandır. Müvafiq qurumlara da açığıq. Gəlib bu ittihamları yerində araşdırsınlar. Hətta mən özüm müraciət edəcəyəm ki, gəlib məktəbi araşdırsınlar.
Arzu xanım kimi düşünən insanlardan olsam, mən də qeyri-peşəkarcasına müəyyən subyektiv və ya şəxsi fikirlər səsləndirə bilərdim. Amma təxmin edirəm ki, onun bu ittihamları nəyə görədir. Bir az araşdırma etsəniz, özünüz də görəcəksiniz ki, bu qərəzlilik pik həddədir və səbəbi nədir. Amma mən bununla bağlı heç nə demirəm. Məncə, Arzu xanım düz yola gəlsin. Çünki o da bir xanımdır və ən azından təhsildə xidməti olub. Aydındır ki, etdiyi nöqsanlara, qanun pozuntularına görə bir neçə dəfə dövlət tərəfindən məsuliyyətə cəlb olunub. O oturub düşünməlidir ki, mən bu dövlətə, özümə bunu niyə edirəm? Ən azı vicdan sorğulamasını etsin”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, paytaxtdakı 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:
“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam, işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.
"WhatsApp"da ciddi boşluq: Telefonunuz izlənə bilər
“Deha” izləyicilərinə pis XƏBƏR
“Deha” serialı ilə bağlı yeni qərar verilib.
Layihə ilə bağlı başqa bir dəyişiklik olmazsa, serial 32-ci bölümdə final edəcək.
Qeyd edək ki, “Ay Yapım” istehsalı olan “Deha” serialının baş rolu Devranı Aras Bulut İynemli canlandırır.
Leyla Əliyeva Göygöldən maraqlı video paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib.
Bu barədə o, instaqram hesabında video paylaşıb.
Həmin paylaşımı təqdim edirik: