Şabran Rayon İcra Hakimiyyətində YOXLAMALAR APARILIR
Mədəniyyət
6-05-2023, 10:32

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.
Şabran Rayon İcra Hakmiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.