Reperdən aktyora İRAD: “Yumorlarınıza intellekt qatın”

Mədəniyyət
2-11-2023, 11:56
Reperdən aktyora İRAD: “Yumorlarınıza intellekt qatın”
Reper Ramil Nabran açıqlaması ilə gündəmə gəlib.

"Gün işığı” verlişində qonaq olan reper digər qonaq - aktyor Məcid Hüseynova irad bildirib: "Çox xahiş edirəm, kobud anlamayasınız. Komediyalarınızın daxilinə intellektuallıq salın. Xalq deyib-gülməyi xoşlayır. Amma bir az da təkamülləşdirin”.

Ramil yerli filmləri tənqid edərək, fikirlərini belə davam etdirib: "Azərbaycanda cəmiyyətimizin qabağına nə qoyurlar? Ya həddən artıq kədərli, dramatik, ya da ki, həddən artıq gülməli”.

Aktyor Məcid Hüseynov iradla razılaşaraq, yeni filmdə də yumorlarının intellectual olduğunu deyib.