Mədəniyyət - Xeberekspress.az
Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir
Avropalı bukmeykerlər "Avroviziya-2026"da Azərbaycanı təmsil edən JIVA-nı favorit hesab etmir.
Builki müsabiqədə favorit ölkə Finlandiya hesab olunur.
Linda Lampenius və Pete Parkkonen cütünün ifa etdiyi "Liekinheitin" mahnısının qalib gəlmək şansı ümumilikdə 31 faiz qiymətləndirilir.
Fransa, Danimarka, Avstraliya və Yunanıstan da müsabiqənin yaxşılarından hesab olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi JIVA-nın müsabiqədəki mahnısı "Just Go" adlanır. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Bu gün İctimai-siyasi və dövlət xadimi, “Şöhrət” ordeni laureatı Kamran Hüseynovun anım günüdür
Amerikalı reper 100 milyon dollar təzminat tələb edir
ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, verilən məhkəmə iddiasına əsasən, Leynz aidiyyəti qurumlardan 100 milyon dollar təzminat tələb edir. Reper qeyd edir ki, onun başqa bir məhbusla eyni kameraya salınması qərarı əvvəlcədən təhlükəli olub və ağır nəticələrə gətirib çıxarıb. İddiaçı tərəfin məlumatına görə, hücum zamanı məhbus bıçaqla Leynzin kürək, bədən, baş və üz nahiyələrinə 16 zərbə endirib. Nəticədə reper təcili olaraq helikopterlə xəstəxanaya təxliyə edilib.
Tori Leynz bildirir ki, həbsxana əməkdaşları hadisəyə gec reaksiya verib və hücumun qarşısını dərhal ala bilməyiblər.
Məlumata görə ştat rəsmiləri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək iddia ilə bağlı şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, hazırda Tori Leynz 2020-ci ildə baş verən insident zamanı amerikalı müğənni "Megan Thee Stallion"a atəş açdığına görə 10 illik həbs cəzasına məhkum edilib.(oxu.az)
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.
Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.
Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.
O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.
Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
Abidə mərhum rəssamın üçhissəli "Odlar yurdu" rəsm əsəri əsasında hazırlanıb.
Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri, sol tərəfində "Atəşpərəstlərin məbədi", sağında isə Qız qalasının təsviri yer alır.
"Odlar yurdu" rəssamın yaradıcılığında xüsusi yerə malikdir.
Qəbirüstü abidənin müəllifi Tahir Salahovun 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Tahir Salahov isə 2021-ci ilin 21 mayında 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib.
Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb
Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb.
Bildirilib ki, "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi adlı yeni sektor yaradılıb.
Ümumilikdə Aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə edilməsi, İqtisadiyyat və maliyyə, Hüquq, Daxili nəzarət, Sənəd və vətəndaşlarla iş, Təchizat və əmlak şöbələri formalaşdırılıb.
Həmçinin, Mədəniyyət Nazirliyinin Aparatında Kino sənayesi, Maliyyə monitorinqi və auditi, Elm və təhsil, Media ilə iş və Protokol xidməti sektorları da var.
Xatırladaq ki, "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və Konsepsiya üzrə tapşırıqların icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi həyata keçirilir.
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.
Əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə qoyulub.
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.
O, I Fəxri xiyabanda dəfn olunacaq.
Rasim Balayevin cənazəsi Bakıya gətirildi
İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.
Mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.
Çoxuşaqlı müğənnilərin “sirri” - FOTOLAR
Azərbaycan musiqi səhnəsində parlayan xanım ifaçıların həyatı çox vaxt konsertlər, kliplər və mükafatlarla ölçülür. Halbuki onların bir qismi səhnə uğurları ilə yanaşı, böyük və məsuliyyətli bir “ana missiyası” da daşıyır. Çoxuşaqlı ana olmaq - xüsusilə də daim diqqət mərkəzində olan sənət adamı üçün - həm fiziki, həm də emosional baxımdan böyük güc tələb edir. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri oldu ki, uşaq dünyaya gətirdikdən sonra sənətindən uzaqlaşır. İfası və səsiylə məşhurluq qazanan bəzi müğənnilər isə çoxuşaqlı olmalarına rəğmən sənətdən uzaqlaşmayıblar.
Modern.az saytı bu yazıda müğənnilərin sənətindən deyil, çoxuşaqlı olmasında bəhs edir.
Əslində “çoxuşaqlı” sözü burda nisbi mənada işlənir. Söhbət 1 və 2 uşaqğlı müğənnilərlə müqayisədə daha çox - 4-5 uşaq sahibi olan sənətçilərdən gedir. Yeri gəlmişkən, hazırda Azərbaycan qanunvericiliyinə görə, 6 və daha çox uşağı olan analar çoxuşaqlı hesab olunurlar. Həmin hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.
Müğənni Xuraman Şuşalı 4 övlad anasıdır. Elçin adlı rejissorla evli olan sənətçinin 2 qızı, 2 oğlu var. İfaçı müsahibələrində dəfələrlə bildirib ki, analıq onu daha da həssas, səbirli və həyatsevər edib. Səhnədə emosional görünən müğənni evdə övladları ilə vaxt keçirməyi ən böyük xoşbəxtliyi sayır.
Müğənni Elnarə Xəlilova da 4 uşaq anasıdır. Dövlət Sərhəd Xidmətinin kapitanı olan sənətçinin həyat yoldaşı Rövşən Cahangirov da hərbi rütbə daşıyır: o, Dövlət Sərhəd Xidmətinin mayorudur.
Sənətçi hesab edir ki, ana sevgisi qadına həm daxili güc, həm də yaradıcılıq enerjisi verir
Elnarə Xəlilovanın 1 qızı, 3 oğlu var: Burlaxatun, Tuğər, Harun, Öndər.
Sənətçinin oğlanları məktəbli, qızı isə universitetdə ikinci kurs tələbəsidir.
Xalq artisti Gülyanaq Məmmədova da yuxarıda adları çəkilən həmkarları kimi 4 övlad dünyaya gətirib. O, həm sənətdəki obrazı, həm də ailəsinə bağlılığı ilə seçilir. Ziya adlı şəxslə ailə həyatı quran müğənninin 3 oğul və 1 qız övladı var.
Məşhur xanəndə, Xalq artisti Mələkxanım Əyyubova 2 qız, 2 oğlan anasıdır - Hökümə, Nəzrin, Cəfər, Nicat. Sənətçinin həyat yoldaşı polkovnik Xosrov Nəcəfov Yol Polisində çalışıb. Xanəndənin övladlarından 3-ü artıq ailə həyatı qurublar, nəvələri var.
Əməkdar artist Fərqanə Qasımova (Xalq artisti Alim Qasımovun qızı-red.) 4 övlad anasıdır – 3 qız və 1 oğlan. Onun əvvəlcə Fatimə adlı qızı, ardınca isə üçəm övladı dünyaya gəlib: Mövlanə, Həlimə və Saleh. Xanəndənin iki qızı – Fatimə və Mövlanə artıq ərə gediblər. Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamov hazırda həbsdədir, o, Cinayət Məcəlləsinin 180.2.4 (soyğunçuluq) və 178.3.2 (dələduzluq) maddəsi ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qalmaqallı müğənni Rəqsanə İsmayılova da “çoxuşaqlı ana”dır. Onun 4 övladı var: 3 qızı, 1 oğlu. Müğənnini ilk evliliyi Yaşar adlı şəxslə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib.
İfaçının 2-ci evliliyindən qızı Yağmur doğulub. Onun atasının adı mediada yayımlanmayıb.
Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. Onların bu evlilikdə 2 övladı var: oğlu Məhəmmədəli və qızı Mihrimah.
2025-ci ilin dekabrında Rəqsanə İsmayılova mediaya açıqlamsında Fazil Əmiraslanovla da ayrıldığını bəyan edib.