Qürurlu Azərbaycan və ya Azərbaycanlıların qüruru!
Təqdirəlayiq haldır ki, bu gün ölkəmizin inkişafı dünya mediasının diqqət mərkəzindədir. Vətən müharibəsi dövründə xalqımızın birlik nümayiş etdirməyi, orduya dəstəyi və Ali Baş Kamandanın ətrafında sıx birləşməsi "Biz birlikdə güclüyük” şüarının təzahürüdür. Bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, regionlarımızın inkişaf etməsinə böyük təkan verir.
Şəxsən şahidi oldum ki, bütün ölkədə olduğu kimi Masallı rayonunda da vətəndaşlar rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə birləşdi, Ölkə Rəhbərinin tövsiyyələrinə əməl edərək Vətən müharibəsində birlik nümayiş etdirərək şəhid ailələrinə, qazilərə, hətta müharibə iştirakçılarına böyük dəstək nümayiş etdirdilər. Bunun nəticəsidir ki, Cənab Prezident "Xocalının intiqamını döyüş meydanında aldıq” deyərək bir daha hər kəsə ölkəmizin və ordumuzun rəşadətindən qürurla danışdı. Bu qısas döyüşündə Masallı igidləri də öz canları və qanları ilə düşmənə layiqli cavablarını verdi.
Bu gün damarında Azərbaycan qanı axan hər bir şəxs Ölkə rəhbərimizlə qürur duyur, fəxr edir və hər zaman Ali Baş Kamandanın ətrafında bir yumruq kimi birləşərək hər an istənilən əmri icra etməyə hazır olduğunu bəyan edir.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Ali Baş Kamandan!
Qarabağ Azərbaycandır!
Masallı rayon Çaxırlı kənd sakini
Bağırov Nəsib Abdulla oğlu
