Azərbaycan hərbçiləri NATO təlimlərində iştirak edəcək

Siyasət
21-07-2021, 18:38

Azərbaycan hərbçiləri NATO təlimlərində iştirak edəcək

 


İyulun 26-da Gürcüstanda ABŞ ilə birgə "Çevik ruh” (Agile Spirit 2021) çoxmillətli hərbi təlimləri başlayacaq.

Avqustun 6-dək davam edəcək hərbi təlimlərə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliyadan 2500-dək hərbi heyət qatılacaq.
Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Çevik ruh” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Xatırladaq ki, bu hərbi təlimlər Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.