Lavrov Macarıstanda Qarabağı müzakirə edəcək

Siyasət
19-08-2021, 17:00

Lavrov Macarıstanda Qarabağı müzakirə edəcək

 



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstana səfəri zamanı macar həmkarı ilə Qarabağ məsələsini də müzakirə edəcək. 

Bunu Rusiya XİN-in rəsmi sözcüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı deyib.

M. Zaxarovanın sözlərinə görə, Sergey Lavrovun Macarıstana səfəri avqustun 24-ü baş tutacaq.