Əli Əliyevin müavini partiyadan istefa verdi

Siyasət
16-11-2021, 20:18

Əli Əliyevin müavini partiyadan istefa verdi

 


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov partiyanın Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib.

Ə.Şirməmmədovun  partiyadan istefa səbəbi  məlum olub. Belə ki, o Əli Əliyevin partiyanı diktatorcasına idarə etmək istəyinin olduğunu deyib.

Qeyd edək ki, siyası meydanda 30 il birgə mübarizə aparan şəxslərin ayrılmağının başlıca səbəbi siyasi baxışlarının üst-üstə düşməməsi ilə bağlıdır.