İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib - YENİLƏNİB
Siyasət
15-07-2023, 18:50

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Görüş üç saata yaxın davam edib
***15:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bu barədə Aİ-nin saytında məlumat dərc olunub.