TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq
Siyasət
29-01-2025, 17:00

Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü isə Macarıstanda keçiriləcək.