Regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi
Siyasət
30-04-2025, 16:25

Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevinİran İslam Respublikasının PrezidentiMəsud Pezeşkianın2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatı- 2025-ci ilin 28 aprel tarixində İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat bir neçə mühüm məqamı özündə ehtiva edir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və İran arasında əsrlərə söykənən tarixi,mədəni və dini bağlar mövcuddur.Bu əlaqələr iki ölkə arasında dərin etimada və qarşılıqlı hörmətə əsaslanır.
Səfər zamanı regionda baş verən geosiyasi dəyişikliklər fonunda ikin qonşu ölkə arasında münasibətlərin sabit və qarşılıqlı faydalı şəkildə inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Prezident İlham Əliyev bəyan etdi ki, İranla münasibətlər qarşılıqlı maraqlara əsaslanmalı və regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə xidmət etməlidir.
Xüsusilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi,enerji sahəsində birgə layihələrin reallaşdırılması, nəqliyyat və logistika infrastrukturunun inteqrasiyası kimi istiqamətlərdə irəliləyişin əldə edilməsi məqsədilə konkret addımların atıldığı diqqətə çatdırıldı.
Prezident onu da qeyd etdi ki, İranla münasibətlərin inkişafı Azərbaycanın suverenlik və ərazi bütövlüyü prinsipləri çərçivəsində aparılır və bu hər iki dövlətin maraqlarına xidmət edir.
Şəkilə Xəlilova – Masallı rayon Qızılağac kəndi