Prezident Qazaxıstana səfər edəcək

Siyasət
16-10-2025, 12:56
Prezident Qazaxıstana səfər edəcək



Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana səfər edəcək.


“Bu barədə məlumatı Qazaxıstanın “Zakon.kz” portalı yayıb.


Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.


Xatırladaq ki, Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olub. O, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.