Prezident Tofiq Bakıxanovu ordenlə təltif edib

Siyasət
8-12-2025, 12:20
Prezident Tofiq Bakıxanovu ordenlə təltif edib



Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.


Dövlət başçısının imzaladığı sənəddə deyilir:


"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".